Ölkəmizdə ilk dəfə keçiriləcək Qadın Liderləri Zirvəsi 2025 4 mart Gülüstan Sarayında baş tutacaq. Zirvə cəmiyyətimizin inkişafı və gələcəyini formalaşdırmaqda qadınların oynadığı əsas rolun qeyd edilməsi üçün unikal bir fürsət yaradır. Tədbir “Fərqlərin Bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri, fikir öndərlərini və yenilikçilərini bir araya gətirəcək. Bu bir bütöv günlük tədbir zamanı iştirakçılar fərqli sahələrdən olan qadınların panel mövzuları üzrə çıxışılarını dinləyəcək, onların təcrübələrindən öyrənəcək və liderlikdə bərabərliyin, həmçinin fərdlərin deyil, fərqlərin bərabərliyinə vurğu edəcəklər.The Women Leaders Summit 2025, to be held for the first time in our country, will take place at the Gulustan Palace on March 4, creating a unique opportunity to recognize the key role women play in shaping the development and future of our society. The event, with the concept message "Equality of Differences", will bring together around 500 professionals, leaders, thought leaders and innovators, during which participants will listen to the speeches of women from different fields on panel topics, learn from their experiences, and emphasize leadership equality, as well as equality of differences, not individuals.

4 Mart 2025, Çərşənbə axşamı, 09:00–17:50-18:00 · Gülüstan Sarayı, Bakı şəhəri, Gülüstan Sarayı, İstiqlaliyyət küçəsi 1March 4, 2025 (Tuesday), 09:00–17:50-18:00 · Gulustan Palace, Bakı şəhəri, Gülüstan Sarayı, İstiqlaliyyət küçəsi 1
Sizin üçün ən uyğun paketi seçinChoose the package that suits you best
Qadın Liderləri Zirvəsi 2025 dəstəkçiləriWomen Leaders Summit 2025 supporters

2 dəfə keçirilibHeld 2 times

Bilet sifarişlərinizi izləmək üçün daxil olun
1.1. Bu Şərtlər və Qaydalar (bundan sonra “Şərtlər”) təşkilatçı tərəfindən təşkil olunan tədbirlər üzrə satışa çıxarılan bütün biletlərə şamil edilir.
1.2. Bilet əldə edən hər bir fiziki və ya hüquqi şəxs (bundan sonra “İstifadəçi”) bu Şərtlərlə tam və qeyd-şərtsiz razılaşmış hesab olunur.
1.3. Biletlərin satışı təşkilatçı və onun əməkdaşlıq etdiyi rəsmi satış kanalları vasitəsilə həyata keçirilir.
1.4. Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
2.1. Biletlər yalnız təşkilatçı tərəfindən müəyyən edilmiş rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər.
2.2. Hər bir bilet unikal identifikasiya vasitəsi (QR kod, barkod və ya digər elektron identifikator) ilə təmin edilir.
2.3. Eyni bilet üzrə təkrar giriş və ya istifadəyə yol verilmir və belə hallarda bilet etibarsız hesab edilir.
2.4. İstifadəçi bilet əldə edərkən təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
2.5. Bilet ödənişləri tədbirin keçirilmə tarixindən əvvəl tam şəkildə həyata keçirilməlidir. Bu tələb həm fərdi, həm də korporativ sifarişlərə şamil olunur.
3.1. Bilet qiymətləri təşkilatçı tərəfindən müəyyən edilir və dəyişdirilə bilər.
3.2. Biletin dəyərinə əlavə olaraq ödəniş sistemlərinin komissiyaları, texniki xidmət haqları və digər əməliyyat xərcləri tətbiq oluna bilər.
3.3. Ödəniş yalnız tam məbləğdə həyata keçirildikdən sonra bilet etibarlı hesab olunur.
3.4. Uğursuz və ya natamam ödəniş hallarında bilet təsdiq olunmur və vəsait müvafiq bank qaydalarına uyğun olaraq geri qaytarılır.
3.5. Nahar və çay/kofe fasiləsi bilet qiymətinə daxil deyildir.
4.1. Tədbirə giriş yalnız etibarlı bilet təqdim edildikdə mümkündür.
4.2. Tədbirə gecikən iştirakçılar tədbir məkanının daxili qaydalarına uyğun olaraq içəri buraxıla bilər. Lakin bu halda əvvəlcədən müəyyən edilmiş yerlərin saxlanılması və ya iştirakçının uyğun yerləşdirilməsi ilə bağlı çətinliklər yarana bilər.
4.3. Bilet yalnız bir nəfər üçün etibarlıdır, əgər bilet şərtlərində başqa hal nəzərdə tutulmayıbsa.
4.4. Bilet üzrə istifadəçi dəyişikliyi yalnız təşkilatçının əvvəlcədən yazılı və ya elektron formada razılığı ilə mümkündür.
5.1. Biletin geri qaytarılması yalnız aşağıdakı hallarda mümkündür:
a) tədbirin ləğv edilməsi;
b) tədbirin tarixinin dəyişdirilməsi;
c) texniki səhv nəticəsində yanlış satışın həyata keçirilməsi.
5.2. İstifadəçinin şəxsi səbəbləri ilə (iştirakdan imtina, plan dəyişiklikləri və s.) biletin geri qaytarılması yalnız təşkilatçının razılığı ilə mümkündür.
5.3. Geri qaytarma üçün müraciət tədbirin keçirilmə vaxtından ən azı 72 (yetmiş iki) saat əvvəl təqdim edilməlidir, əks halda müraciət təmin olunmaya bilər.
5.4. Xidmət və əməliyyat xərcləri geri qaytarılmaya bilər.
5.5. Geri ödənişlər istifadəçinin ilkin ödəniş etdiyi üsul ilə həyata keçirilir və bu proses bank prosedurlarından asılı olaraq 3 (üç) iş günündən 15 (on beş) iş gününədək davam edə bilər.
6.1. Tədbirin ləğvi və ya tarixinin dəyişdirilməsi təşkilatçının səlahiyyətindədir.
6.2. Bu hallarda istifadəçiyə aşağıdakı seçimlər təqdim oluna bilər:
a) ödənilmiş məbləğin tam geri qaytarılması;
b) biletin yeni tarix üçün etibarlı hesab edilməsi.
7.1. Korporativ bilet sifarişləri üzrə tərəflər arasında müqavilə imzalanır.
7.2. Müqavilə imzalandıqdan və ödəniş tam həyata keçirildikdən sonra biletlər hazırlanaraq istifadəçiyə təqdim edilir.
7.3. Ödəniş həyata keçirilənədək müvafiq yerlər istifadəçi üçün müvəqqəti olaraq rezerv edilə bilər.
8.1. Biletin üçüncü şəxslərə ötürülməsi yalnız təşkilatçının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilə bilər.
8.2. Biletlərin qeyri-rəsmi satış kanalları vasitəsilə satışı və ya yenidən satış (resale) fəaliyyəti qadağandır.
8.3. Şübhəli və ya qaydalara zidd əməliyyatlar aşkar edildikdə təşkilatçı bileti ləğv etmək hüququna malikdir.
8.4 İstər korporativ istərsə də fərdi bilet alış zamanı bilet ödənişləri tədbirə qədər ödənilməlidir.
9.1. İstifadəçinin şəxsi məlumatları yalnız xidmətin göstərilməsi məqsədilə emal edilir.
9.2. Şəxsi məlumatların emalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.
10.1. Tərəflər arasında yaranan mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilməyə çalışılır.
10.2. Mübahisələrin danışıqlar yolu ilə həll olunmaması halında, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrdə həll edilir.