Ölkəmizdə 3-cü dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsi "Dəyər Yaradan Zəncir" konsept mesajı ilə 20-21 Noyabr 2026 -cı il Bakı Konqres Mərkəzində, Facemark, The Chartered İnstitute of Procurement & Supply - CIPS Azərbaycan branch və Admedia ilə birgə təşkilatçılığı keçiriləcək. III Təchizat Zənciri Liderləri Zirvəsi Azərbaycanın təchizat zənciri sektorunun aparıcı simalarını, qərar vericilərini və beynəlxalq ekspertlərini bir araya gətirəcək. Zirvə bu il iki günlük formatda keçiriləcək: birinci gün praktiki masterklas, ikinci gün isə panel müzakirələri. "Dəyər yaradan Zəncir" konsepti ilə keçiriləcək Zirvə, hər bir həlqənin - təchizatçıdan son istehlakçıya qədər - necə real dəyər yaratdığını araşdıraraq, daha səmərəli, şəffaf və dayanıqlı təchizat zənciri modelinin formalaşmasına fokuslanacaq. Zirvədə CIPS-in beynəlxalq nümayəndələri, eləcə də dövlət və özəl sektorun aparıcı spikerləri iştirak edərək, sahənin qlobal standartlarını və yerli təcrübəsini müzakirə edəcəklər. Bu gün təchizat zənciri idarəçiliyinin uğuru yalnız əməliyyat effektivliyi ilə deyil, həm də strateji planlaşdırma, beynəlxalq standartlara uyğunluq, rəqəmsallaşma və peşəkar inkişaf ilə sıx bağlıdır. Zirvə bu istiqamətləri vahid platformada birləşdirərək, sahənin gələcəyinə müxtəlif perspektivlərdən baxış təqdim edəcək. Təchizat zəncirinin gələcəyini formalaşdıranlar arasında sizləri də gözləyirik.The 3rd Supply Chain Leaders Summit to be held in our country with the concept message "Value Creating Chain" will be organized jointly by Facemark, The Chartered Institute of Procurement & Supply - CIPS Azerbaijan branch and Admedia on November 20-21, 2026, at the Baku Congress Center. The III Supply Chain Leaders Summit will bring together the leading figures, decision-makers, and international experts of Azerbaijan's supply chain sector. The Summit will be held in a two-day format this year: a practical masterclass on the first day and panel discussions on the second day. The Summit, to be held with the concept of "Value Creating Chain", will focus on the formation of a more efficient, transparent, and sustainable supply chain model by exploring how each link - from supplier to end consumer - creates real value. The Summit will feature international representatives of CIPS, as well as leading speakers from the public and private sectors, who will discuss global standards and local experiences in the field. Today, the success of supply chain management is closely tied not only to operational efficiency but also to strategic planning, compliance with international standards, digitalization, and professional development. The Summit will bring together these areas on a single platform, providing a look at the future of the field from various perspectives. We are waiting for you among those who shape the future of the supply chain.

Sektorun liderləri, rəhbərlər və həmkarlarla birbaşa tanışlıq imkanı.Direct access to sector leaders, executives and peers.
Ekspertlərin real təcrübəsi, keyslər və tətbiq oluna bilən həllər.Real experience from experts, case studies and solutions you can apply.
Sahənin ən son yenilikləri və gələcək istiqamətləri haqqında məlumat.The latest developments and future directions of the industry.
Potensial tərəfdaş, müştəri və investorlarla görüş.Meetings with potential partners, clients and investors.
20–21 Noyabr 2026, 09:00–18:00 · Bakı Konqres Mərkəzi, 130, AZ1008 Təbriz küç., BakıNovember 20–21, 2026, 09:00–18:00 · Baku Congress Center, 130 Tabriz St., AZ1008, Baku
Sizin üçün ən uyğun paketi seçinChoose the package that suits you best
Təchizat Zənciri Liderləri Zirvəsi 2026 dəstəkçiləriSupply Chain Leaders Summit 2026 supporters

3 dəfə keçirilibHeld 3 times

Bilet sifarişlərinizi izləmək üçün daxil olun
1.1. Bu Şərtlər və Qaydalar (bundan sonra “Şərtlər”) təşkilatçı tərəfindən təşkil olunan tədbirlər üzrə satışa çıxarılan bütün biletlərə şamil edilir.
1.2. Bilet əldə edən hər bir fiziki və ya hüquqi şəxs (bundan sonra “İstifadəçi”) bu Şərtlərlə tam və qeyd-şərtsiz razılaşmış hesab olunur.
1.3. Biletlərin satışı təşkilatçı və onun əməkdaşlıq etdiyi rəsmi satış kanalları vasitəsilə həyata keçirilir.
1.4. Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
2.1. Biletlər yalnız təşkilatçı tərəfindən müəyyən edilmiş rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər.
2.2. Hər bir bilet unikal identifikasiya vasitəsi (QR kod, barkod və ya digər elektron identifikator) ilə təmin edilir.
2.3. Eyni bilet üzrə təkrar giriş və ya istifadəyə yol verilmir və belə hallarda bilet etibarsız hesab edilir.
2.4. İstifadəçi bilet əldə edərkən təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
2.5. Bilet ödənişləri tədbirin keçirilmə tarixindən əvvəl tam şəkildə həyata keçirilməlidir. Bu tələb həm fərdi, həm də korporativ sifarişlərə şamil olunur.
3.1. Bilet qiymətləri təşkilatçı tərəfindən müəyyən edilir və dəyişdirilə bilər.
3.2. Biletin dəyərinə əlavə olaraq ödəniş sistemlərinin komissiyaları, texniki xidmət haqları və digər əməliyyat xərcləri tətbiq oluna bilər.
3.3. Ödəniş yalnız tam məbləğdə həyata keçirildikdən sonra bilet etibarlı hesab olunur.
3.4. Uğursuz və ya natamam ödəniş hallarında bilet təsdiq olunmur və vəsait müvafiq bank qaydalarına uyğun olaraq geri qaytarılır.
3.5. Nahar və çay/kofe fasiləsi bilet qiymətinə daxil deyildir.
4.1. Tədbirə giriş yalnız etibarlı bilet təqdim edildikdə mümkündür.
4.2. Tədbirə gecikən iştirakçılar tədbir məkanının daxili qaydalarına uyğun olaraq içəri buraxıla bilər. Lakin bu halda əvvəlcədən müəyyən edilmiş yerlərin saxlanılması və ya iştirakçının uyğun yerləşdirilməsi ilə bağlı çətinliklər yarana bilər.
4.3. Bilet yalnız bir nəfər üçün etibarlıdır, əgər bilet şərtlərində başqa hal nəzərdə tutulmayıbsa.
4.4. Bilet üzrə istifadəçi dəyişikliyi yalnız təşkilatçının əvvəlcədən yazılı və ya elektron formada razılığı ilə mümkündür.
5.1. Biletin geri qaytarılması yalnız aşağıdakı hallarda mümkündür:
a) tədbirin ləğv edilməsi;
b) tədbirin tarixinin dəyişdirilməsi;
c) texniki səhv nəticəsində yanlış satışın həyata keçirilməsi.
5.2. İstifadəçinin şəxsi səbəbləri ilə (iştirakdan imtina, plan dəyişiklikləri və s.) biletin geri qaytarılması yalnız təşkilatçının razılığı ilə mümkündür.
5.3. Geri qaytarma üçün müraciət tədbirin keçirilmə vaxtından ən azı 72 (yetmiş iki) saat əvvəl təqdim edilməlidir, əks halda müraciət təmin olunmaya bilər.
5.4. Xidmət və əməliyyat xərcləri geri qaytarılmaya bilər.
5.5. Geri ödənişlər istifadəçinin ilkin ödəniş etdiyi üsul ilə həyata keçirilir və bu proses bank prosedurlarından asılı olaraq 3 (üç) iş günündən 15 (on beş) iş gününədək davam edə bilər.
6.1. Tədbirin ləğvi və ya tarixinin dəyişdirilməsi təşkilatçının səlahiyyətindədir.
6.2. Bu hallarda istifadəçiyə aşağıdakı seçimlər təqdim oluna bilər:
a) ödənilmiş məbləğin tam geri qaytarılması;
b) biletin yeni tarix üçün etibarlı hesab edilməsi.
7.1. Korporativ bilet sifarişləri üzrə tərəflər arasında müqavilə imzalanır.
7.2. Müqavilə imzalandıqdan və ödəniş tam həyata keçirildikdən sonra biletlər hazırlanaraq istifadəçiyə təqdim edilir.
7.3. Ödəniş həyata keçirilənədək müvafiq yerlər istifadəçi üçün müvəqqəti olaraq rezerv edilə bilər.
8.1. Biletin üçüncü şəxslərə ötürülməsi yalnız təşkilatçının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilə bilər.
8.2. Biletlərin qeyri-rəsmi satış kanalları vasitəsilə satışı və ya yenidən satış (resale) fəaliyyəti qadağandır.
8.3. Şübhəli və ya qaydalara zidd əməliyyatlar aşkar edildikdə təşkilatçı bileti ləğv etmək hüququna malikdir.
8.4 İstər korporativ istərsə də fərdi bilet alış zamanı bilet ödənişləri tədbirə qədər ödənilməlidir.
9.1. İstifadəçinin şəxsi məlumatları yalnız xidmətin göstərilməsi məqsədilə emal edilir.
9.2. Şəxsi məlumatların emalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.
10.1. Tərəflər arasında yaranan mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilməyə çalışılır.
10.2. Mübahisələrin danışıqlar yolu ilə həll olunmaması halında, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrdə həll edilir.