Ölkəmizdə ikinci dəfə 13 Noyabr 2026 tarixində qapılarını açacaq Süni İntellekt Zirvəsi - bu il daha böyük, daha enerjili və daha təsirli formatda geri qayıdır! Azərbaycanın rəqəmsal gələcəyinin nəbzini tutan bu möhtəşəm tədbir, süni intellektin ən son trendlərini, ilhamverici ideyaları və real əməkdaşlıq imkanlarını bir araya gətirən unikal bir təcrübə vəd edir. The Ritz-Carlton məkanında keçiriləcək Zirvə, dövlət və özəl sektor nümayəndələrini, dünyaca tanınmış ekspertləri və qabaqcıl texnologiya şirkətlərini bir çətir altında toplayaraq, ilham, biliyi və network-u vahid bir enerjiyə çevirəcək. Bu il Zirvə sadəcə konfranslar deyil - bir təcrübə olacaq: Əsas Səhnə - dünya səviyyəli spikerlər və ürəkaçan ideyalar Treklər - sənayeyə görə fokuslanmış dərin müzakirələr Playground zonalar - süni intellekti canlı sınamaq, yaşamaq və kəşf etmək imkanı Masterklass - praktiki bacarıqları ekspertlərdən birbaşa öyrənmək fürsəti "Uzadılmış indi" konsepti ilə keçiriləcək bu Zirvə, gələcəyi bu gün yaşamağa dəvət edir.The Artificial Intelligence Summit, which will open its doors for the second time in our country on November 13, 2026, returns this year in a larger, more energetic, and more impactful format! This magnificent event, which captures the pulse of Azerbaijan's digital future, promises a unique experience that brings together the latest trends in artificial intelligence, inspiring ideas, and real collaboration opportunities. The Summit, to be held at The Ritz-Carlton, will bring together representatives of the public and private sectors, world-renowned experts, and leading technology companies under one roof, converting inspiration, knowledge, and networking into a single energy. This year's Summit will not just be conferences - it will be an experience: The Main Stage - world-class speakers and heart-stopping ideas Tracks - in-depth discussions focused on specific industries Playground zones - the opportunity to try, live, and discover artificial intelligence in action Masterclass - the chance to learn practical skills directly from experts This Summit, to be held under the concept of "Extended Now", invites you to live the future today.

Sektorun liderləri, rəhbərlər və həmkarlarla birbaşa tanışlıq imkanı.Direct access to sector leaders, executives and peers.
Ekspertlərin real təcrübəsi, keyslər və tətbiq oluna bilən həllər.Real experience from experts, case studies and solutions you can apply.
Sahənin ən son yenilikləri və gələcək istiqamətləri haqqında məlumat.The latest developments and future directions of the industry.
Potensial tərəfdaş, müştəri və investorlarla görüş.Meetings with potential partners, clients and investors.
13 Noyabr 2026, Cümə, 09:00–18:00 · The Ritz-Carlton Baku, Bakı, Nəsimi rayonu, Babək prospekti 3November 13, 2026 (Friday), 09:00–18:00 · The Ritz-Carlton Baku, 3 Babek Ave, Nasimi District, Baku 1025
Sizin üçün ən uyğun paketi seçinChoose the package that suits you best
Süni İntellekt Zirvəsi 2026 dəstəkçiləriArtificial Intelligence Summit 2026 supporters

2 dəfə keçirilibHeld 2 times

Bilet sifarişlərinizi izləmək üçün daxil olun
1.1. Bu Şərtlər və Qaydalar (bundan sonra “Şərtlər”) təşkilatçı tərəfindən təşkil olunan tədbirlər üzrə satışa çıxarılan bütün biletlərə şamil edilir.
1.2. Bilet əldə edən hər bir fiziki və ya hüquqi şəxs (bundan sonra “İstifadəçi”) bu Şərtlərlə tam və qeyd-şərtsiz razılaşmış hesab olunur.
1.3. Biletlərin satışı təşkilatçı və onun əməkdaşlıq etdiyi rəsmi satış kanalları vasitəsilə həyata keçirilir.
1.4. Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
2.1. Biletlər yalnız təşkilatçı tərəfindən müəyyən edilmiş rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər.
2.2. Hər bir bilet unikal identifikasiya vasitəsi (QR kod, barkod və ya digər elektron identifikator) ilə təmin edilir.
2.3. Eyni bilet üzrə təkrar giriş və ya istifadəyə yol verilmir və belə hallarda bilet etibarsız hesab edilir.
2.4. İstifadəçi bilet əldə edərkən təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
2.5. Bilet ödənişləri tədbirin keçirilmə tarixindən əvvəl tam şəkildə həyata keçirilməlidir. Bu tələb həm fərdi, həm də korporativ sifarişlərə şamil olunur.
3.1. Bilet qiymətləri təşkilatçı tərəfindən müəyyən edilir və dəyişdirilə bilər.
3.2. Biletin dəyərinə əlavə olaraq ödəniş sistemlərinin komissiyaları, texniki xidmət haqları və digər əməliyyat xərcləri tətbiq oluna bilər.
3.3. Ödəniş yalnız tam məbləğdə həyata keçirildikdən sonra bilet etibarlı hesab olunur.
3.4. Uğursuz və ya natamam ödəniş hallarında bilet təsdiq olunmur və vəsait müvafiq bank qaydalarına uyğun olaraq geri qaytarılır.
3.5. Nahar və çay/kofe fasiləsi bilet qiymətinə daxil deyildir.
4.1. Tədbirə giriş yalnız etibarlı bilet təqdim edildikdə mümkündür.
4.2. Tədbirə gecikən iştirakçılar tədbir məkanının daxili qaydalarına uyğun olaraq içəri buraxıla bilər. Lakin bu halda əvvəlcədən müəyyən edilmiş yerlərin saxlanılması və ya iştirakçının uyğun yerləşdirilməsi ilə bağlı çətinliklər yarana bilər.
4.3. Bilet yalnız bir nəfər üçün etibarlıdır, əgər bilet şərtlərində başqa hal nəzərdə tutulmayıbsa.
4.4. Bilet üzrə istifadəçi dəyişikliyi yalnız təşkilatçının əvvəlcədən yazılı və ya elektron formada razılığı ilə mümkündür.
5.1. Biletin geri qaytarılması yalnız aşağıdakı hallarda mümkündür:
a) tədbirin ləğv edilməsi;
b) tədbirin tarixinin dəyişdirilməsi;
c) texniki səhv nəticəsində yanlış satışın həyata keçirilməsi.
5.2. İstifadəçinin şəxsi səbəbləri ilə (iştirakdan imtina, plan dəyişiklikləri və s.) biletin geri qaytarılması yalnız təşkilatçının razılığı ilə mümkündür.
5.3. Geri qaytarma üçün müraciət tədbirin keçirilmə vaxtından ən azı 72 (yetmiş iki) saat əvvəl təqdim edilməlidir, əks halda müraciət təmin olunmaya bilər.
5.4. Xidmət və əməliyyat xərcləri geri qaytarılmaya bilər.
5.5. Geri ödənişlər istifadəçinin ilkin ödəniş etdiyi üsul ilə həyata keçirilir və bu proses bank prosedurlarından asılı olaraq 3 (üç) iş günündən 15 (on beş) iş gününədək davam edə bilər.
6.1. Tədbirin ləğvi və ya tarixinin dəyişdirilməsi təşkilatçının səlahiyyətindədir.
6.2. Bu hallarda istifadəçiyə aşağıdakı seçimlər təqdim oluna bilər:
a) ödənilmiş məbləğin tam geri qaytarılması;
b) biletin yeni tarix üçün etibarlı hesab edilməsi.
7.1. Korporativ bilet sifarişləri üzrə tərəflər arasında müqavilə imzalanır.
7.2. Müqavilə imzalandıqdan və ödəniş tam həyata keçirildikdən sonra biletlər hazırlanaraq istifadəçiyə təqdim edilir.
7.3. Ödəniş həyata keçirilənədək müvafiq yerlər istifadəçi üçün müvəqqəti olaraq rezerv edilə bilər.
8.1. Biletin üçüncü şəxslərə ötürülməsi yalnız təşkilatçının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilə bilər.
8.2. Biletlərin qeyri-rəsmi satış kanalları vasitəsilə satışı və ya yenidən satış (resale) fəaliyyəti qadağandır.
8.3. Şübhəli və ya qaydalara zidd əməliyyatlar aşkar edildikdə təşkilatçı bileti ləğv etmək hüququna malikdir.
8.4 İstər korporativ istərsə də fərdi bilet alış zamanı bilet ödənişləri tədbirə qədər ödənilməlidir.
9.1. İstifadəçinin şəxsi məlumatları yalnız xidmətin göstərilməsi məqsədilə emal edilir.
9.2. Şəxsi məlumatların emalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.
10.1. Tərəflər arasında yaranan mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilməyə çalışılır.
10.2. Mübahisələrin danışıqlar yolu ilə həll olunmaması halında, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrdə həll edilir.