12-ci buraxılış Brand Week Istanbul +1 Brand Week Istanbul 2024 marketinq, brendinq, yaradıcılıq və biznes dünyasının nümayəndələrini bir araya gətirən beynəlxalq tədbirdir. “Bir Tarihin Başlangıcı” (“Bir Tarixin Başlanğıcı”) konsepti ilə keçirilən tədbirdə süni intellekt, istehlakçı davranışları, brend strategiyaları, yaradıcı sənayelər və iqtisadiyyat kimi mövzular müzakirə olunub. Proqram çərçivəsində beynəlxalq ekspertlərin çıxışları, panel müzakirələri, təqdimatlar və brendlər arasında əməkdaşlıq imkanları yer alıb12th edition Brand Week Istanbul +1 Brand Week Istanbul 2024 is an international event that brings together representatives of marketing, branding, creativity, and the business world. The event, held under the concept of "The Beginning of a Story", discusses topics such as artificial intelligence, consumer behavior, brand strategies, creative industries, and economy. The program includes speeches by international experts, panel discussions, presentations, and opportunities for collaboration between brands
12-ci buraxılış Brand Week Istanbul +1 Brand Week Istanbul 2024 marketinq, brendinq, yaradıcılıq və biznes dünyasının nümayəndələrini bir araya gətirən beynəlxalq tədbirdir. “Bir Tarihin Başlangıcı” (“Bir Tarixin Başlanğıcı”) konsepti ilə keçirilən tədbirdə süni intellekt, istehlakçı davranışları, brend strategiyaları, yaradıcı sənayelər və iqtisadiyyat kimi mövzular müzakirə olunub. Proqram çərçivəsində beynəlxalq ekspertlərin çıxışları, panel müzakirələri, təqdimatlar və brendlər arasında əməkdaşlıq imkanları yer alıb12th edition Brand Week Istanbul +1 Brand Week Istanbul 2024 is an international event that brings together representatives of marketing, branding, creativity, and the business world. The event, held under the concept of "The Beginning of a Story", discusses topics such as artificial intelligence, consumer behavior, brand strategies, creative industries, and economy. The program includes speeches by international experts, panel discussions, presentations, and opportunities for collaboration between brands
Sektorun liderləri, rəhbərlər və həmkarlarla birbaşa tanışlıq imkanı.Direct access to sector leaders, executives and peers.
Ekspertlərin real təcrübəsi, keyslər və tətbiq oluna bilən həllər.Real experience from experts, case studies and solutions you can apply.
Sahənin ən son yenilikləri və gələcək istiqamətləri haqqında məlumat.The latest developments and future directions of the industry.
Potensial tərəfdaş, müştəri və investorlarla görüş.Meetings with potential partners, clients and investors.
4–8 Noyabr 2024, 10:00–19:00 · Haliç Kongre Merkezi, İstanbul, TürkiyəNovember 4–8, 2024, 10:00–19:00 · Haliç Congress Center, Istanbul, Turkey, Haliç Kongre Merkezi, İstanbul, Türkiyə
Sizin üçün ən uyğun paketi seçinChoose the package that suits you best
Brand Week Istanbul 2024 dəstəkçiləriBrand Week Istanbul 2024 supporters













Bilet sifarişlərinizi izləmək üçün daxil olun
1.1. Bu Şərtlər və Qaydalar (bundan sonra “Şərtlər”) təşkilatçı tərəfindən təşkil olunan tədbirlər üzrə satışa çıxarılan bütün biletlərə şamil edilir.
1.2. Bilet əldə edən hər bir fiziki və ya hüquqi şəxs (bundan sonra “İstifadəçi”) bu Şərtlərlə tam və qeyd-şərtsiz razılaşmış hesab olunur.
1.3. Biletlərin satışı təşkilatçı və onun əməkdaşlıq etdiyi rəsmi satış kanalları vasitəsilə həyata keçirilir.
1.4. Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
2.1. Biletlər yalnız təşkilatçı tərəfindən müəyyən edilmiş rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər.
2.2. Hər bir bilet unikal identifikasiya vasitəsi (QR kod, barkod və ya digər elektron identifikator) ilə təmin edilir.
2.3. Eyni bilet üzrə təkrar giriş və ya istifadəyə yol verilmir və belə hallarda bilet etibarsız hesab edilir.
2.4. İstifadəçi bilet əldə edərkən təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
2.5. Bilet ödənişləri tədbirin keçirilmə tarixindən əvvəl tam şəkildə həyata keçirilməlidir. Bu tələb həm fərdi, həm də korporativ sifarişlərə şamil olunur.
3.1. Bilet qiymətləri təşkilatçı tərəfindən müəyyən edilir və dəyişdirilə bilər.
3.2. Biletin dəyərinə əlavə olaraq ödəniş sistemlərinin komissiyaları, texniki xidmət haqları və digər əməliyyat xərcləri tətbiq oluna bilər.
3.3. Ödəniş yalnız tam məbləğdə həyata keçirildikdən sonra bilet etibarlı hesab olunur.
3.4. Uğursuz və ya natamam ödəniş hallarında bilet təsdiq olunmur və vəsait müvafiq bank qaydalarına uyğun olaraq geri qaytarılır.
3.5. Nahar və çay/kofe fasiləsi bilet qiymətinə daxil deyildir.
4.1. Tədbirə giriş yalnız etibarlı bilet təqdim edildikdə mümkündür.
4.2. Tədbirə gecikən iştirakçılar tədbir məkanının daxili qaydalarına uyğun olaraq içəri buraxıla bilər. Lakin bu halda əvvəlcədən müəyyən edilmiş yerlərin saxlanılması və ya iştirakçının uyğun yerləşdirilməsi ilə bağlı çətinliklər yarana bilər.
4.3. Bilet yalnız bir nəfər üçün etibarlıdır, əgər bilet şərtlərində başqa hal nəzərdə tutulmayıbsa.
4.4. Bilet üzrə istifadəçi dəyişikliyi yalnız təşkilatçının əvvəlcədən yazılı və ya elektron formada razılığı ilə mümkündür.
5.1. Biletin geri qaytarılması yalnız aşağıdakı hallarda mümkündür:
a) tədbirin ləğv edilməsi;
b) tədbirin tarixinin dəyişdirilməsi;
c) texniki səhv nəticəsində yanlış satışın həyata keçirilməsi.
5.2. İstifadəçinin şəxsi səbəbləri ilə (iştirakdan imtina, plan dəyişiklikləri və s.) biletin geri qaytarılması yalnız təşkilatçının razılığı ilə mümkündür.
5.3. Geri qaytarma üçün müraciət tədbirin keçirilmə vaxtından ən azı 72 (yetmiş iki) saat əvvəl təqdim edilməlidir, əks halda müraciət təmin olunmaya bilər.
5.4. Xidmət və əməliyyat xərcləri geri qaytarılmaya bilər.
5.5. Geri ödənişlər istifadəçinin ilkin ödəniş etdiyi üsul ilə həyata keçirilir və bu proses bank prosedurlarından asılı olaraq 3 (üç) iş günündən 15 (on beş) iş gününədək davam edə bilər.
6.1. Tədbirin ləğvi və ya tarixinin dəyişdirilməsi təşkilatçının səlahiyyətindədir.
6.2. Bu hallarda istifadəçiyə aşağıdakı seçimlər təqdim oluna bilər:
a) ödənilmiş məbləğin tam geri qaytarılması;
b) biletin yeni tarix üçün etibarlı hesab edilməsi.
7.1. Korporativ bilet sifarişləri üzrə tərəflər arasında müqavilə imzalanır.
7.2. Müqavilə imzalandıqdan və ödəniş tam həyata keçirildikdən sonra biletlər hazırlanaraq istifadəçiyə təqdim edilir.
7.3. Ödəniş həyata keçirilənədək müvafiq yerlər istifadəçi üçün müvəqqəti olaraq rezerv edilə bilər.
8.1. Biletin üçüncü şəxslərə ötürülməsi yalnız təşkilatçının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilə bilər.
8.2. Biletlərin qeyri-rəsmi satış kanalları vasitəsilə satışı və ya yenidən satış (resale) fəaliyyəti qadağandır.
8.3. Şübhəli və ya qaydalara zidd əməliyyatlar aşkar edildikdə təşkilatçı bileti ləğv etmək hüququna malikdir.
8.4 İstər korporativ istərsə də fərdi bilet alış zamanı bilet ödənişləri tədbirə qədər ödənilməlidir.
9.1. İstifadəçinin şəxsi məlumatları yalnız xidmətin göstərilməsi məqsədilə emal edilir.
9.2. Şəxsi məlumatların emalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.
10.1. Tərəflər arasında yaranan mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilməyə çalışılır.
10.2. Mübahisələrin danışıqlar yolu ilə həll olunmaması halında, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrdə həll edilir.